Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.08.2022 / Xəbərlər

Biləsuvarda "Dini icmaların sosial və ictimai həyatda iştirakı" mövzusu müzakirə olunub

Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə  təşkilatçılığı ilə “Dini icmaların sosial və ictimai həyatda iştirakı" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Biləsuvar RİH-nin məsul əməkdaşı Ziya Qurbanlı, rayonun dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycanın dövlət-din münasibətləri modeli tolerantlığın və multikulturalizmin ölkəmizdə zəngin tarixi ənənələri əsasında inkişaf etdirilib. Ölkəmizdə dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. O da vurğulanıb ki, dini icmalar sosial və ictimai həyatda fəal iştirak etməlidirlər.

Tədbirin sonunda din xadimlərinin sualları cavablandırılıb.