Biləsavurda dini radikalizm mövzusu müzakirə olunub
Noyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar rayon Təhsil Sektoru, eyni zamanda Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Gənclər və İdman İdarəsinin əməkdaşı Mülazim Rzayev, Biləsuvar şəhər 4 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin mahiyyətindən danışılıb. Bu sahədə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda dini ekstremizmlə mübarizədə gənclərin rolundan bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

