Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.09.2022 / Xəbərlər

Beyləqanda “Sülh aylığı: dini radikalizm və ekstremizmin əsas şərtləri” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan rayon İcra Hakimiyyəti (RİH) və Gənclər Evi Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı: dini radikalizm və ekstremizmin əsas şərtləri” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, Beyləqan  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Abdullayev, Gənclər Evi Sosial Xidmət müəssisəsinin əməkdaşı Adilə Həşimli, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlarda dini radikalizmin mahiyyətindən, eyni zamanda törədə biləcəyi təhlükələrdən bəhs olunub. Qeyd edilib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai-siyasi sabitliyi poza, milli təhlükəsizlik risklərini artıra bilər. O da vurğulanıb ki, Azərbaycanda dini durum sabitdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.