Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.04.2022 / Xəbərlər

Beyləqanda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə edilib

Aprelin 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Beyləqan rayonu İmamverdili kənd A. Quliyev adına tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalət oğlu, Elvin İbrahimov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramiz Əliyev, RİH-nin məsul əməkdaşı Tofiq Məmmədov, rayon Qarallar kənd məscidi dini icmasının sədri və imamı Səbuhi İbadov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər barədə ətraflı məlumat verilib. Gənclər və yeniyetmələrin vətənpərvərlik ruhunda yetişməsində ailənin, təhsilin və cəmiyyətin danılmaz rolu olduğu vurğulanıb.

Tədbir diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.