Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.08.2026 / Xəbərlər

Bərdədə yeni qəbiristanlığın salınması nəzərdə tutulan əraziyə baxış keçirilib

Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Fatma Yıldırım və Bərdə Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov Bərdə rayonunda yeni qəbiristanlığın salınması üçün nəzərdə tutulan əraziyə baxış keçiriblər.

Baxış zamanı ərazinin mövcud vəziyyəti, coğrafi mövqeyi, mühəndis-kommunikasiya imkanları, nəqliyyat əlçatanlığı və gələcəkdə qəbiristanlıq kimi istifadəsi üçün uyğunluğu qiymətləndirilib. Eyni zamanda zəruri infrastrukturun yaradılması, abadlıq tədbirlərinin həyata keçirilməsi və qəbiristanlığın müasir tələblərə uyğun təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, yeni qəbiristanlıq üçün sahənin planlı şəkildə müəyyənləşdirilməsi ilə yanaşı, səmərəli idarəetmə yanaşmalarının tətbiqi də xüsusi əhəmiyyət daşıyır. Aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilən tədbirlər qəbiristanlıqların idarə olunması prosedurlarının təkmilləşdirilməsi məqsədinə xidmət edir.