Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.07.2022 / Xəbərlər

Balakəndə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusu müzakirə edilib

İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Gənclər evi sosial xidmət müəssisəsi və rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, təşkilatçı qurumların məsul əməkdaşları, Vətən Müharibəsi iştirakçıları, qazilər, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlardan öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, dövlətimiz gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük diqqət göstərir. Vurğulanıb ki, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi olduqca vacibdir.

Daha sonra Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Vətənpərvərlik milli və mənəvi dəyərlər kimi” sənədli filmi nümayiş olunub, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.