Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.08.2022 / Xəbərlər

Balakəndə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aynur Omarova, rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaqverdiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Şahin Qarakişiyev, YAP Balakən rayon təşkilatı Gənclər birliyinin sədri Nurlan Şibliyev, Balakən Gənclər Evi Sosial xidmət müəssisəsinin əməkdaşı  Fuad Mikayılov, din xadimləri, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə sülh və birgəyaşayış mövzusunun aktuallığından bəhs olunub. Azərbaycanın müxtəlif regionlarında xalqımız daim sülh və birgəyaşayış prinsiplərinin ən gözəl örnəklərini nümayiş etdirib. Bu istiqamətdə dövlət tərəfindən aparılan məqsədyönlü siyasətin bəhrəsi kimi 44 günlük haqq savaşımızda milli, dini və etnik kimliyindən asılı olmayaraq hər kəsin “Dəmir yumruq” ətrafında birləşməsini qeyd edə bilərik. Vurğulanıb ki, xalqımızın birliyi və sülhsevərliyi digər xalqlar üçün də bir örnəkdir. Eyni zamanda sülh və birgəyaşayış mövzusunda ölkə səviyyəsində mühüm maarifləndirmə işlərinin aparıldığı və bu kimi tədbirlərin silsilə şəkildə keçirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.