Balakəndə “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları” mövzusu müzakirə olunub
Fevralın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Tale Şahverdiyev, Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, din xadimləri, psixoloqlar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Narkomaniyanın yaranma səbəbləri və ona qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib.
Seminarın yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmiş 15 nüsxə maarifləndirici ədəbiyyat gənclərə təqdim edilib.