Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.12.2012 / Xəbərlər

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Dini İşlər İdarəsi arasında Memorandum imzalanıb

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsi (Diyanet İşleri Başkanlığı) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. APA-nın məlumatına görə, sənədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov və Türkiyə Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz imza atıb.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə BMT arasında da əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi Elşad İskəndərov və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek imzalayıb.