Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2023 / Xəbərlər

Azərbaycan İlahiyyat İnstitutu Tbilisi İlahiyyat Akademiyası və Seminariyası ilə əməkdaşlıq edəcək

Sentyabrın 28-də Tbilisidə Gürcü Pravoslav Kilsəsinin iqamətgahında (Gürcüstan Patriarxlığında) Azərbaycan İlahiyyat İnstitutu ilə Tbilisi İlahiyyat Akademiyası və Seminariyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və Tbilisi İlahiyyat Akademiyası və Seminariyasının rektoru Georgi Zviadadze imzalayıb.

Bildirilib ki, sənəddə iki təhsil ocağı arasında birgə kadrların, mütəxəssislərin və dərsliklərin hazırlanması, təcrübə mübadiləsi məsələləri nəzərdə tutulub.