Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.10.2024 / Xəbərlər

Astara rayonunun Pensər kəndinin “Hacı Teymur” və Cümə məscidlərində görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 20-də Astara rayonunun Pensər kəndindəki “Hacı Teymur” və Cümə məscidlərində olub.

Dövlət Komitəsinin sədri söhbət zamanı dövlət tərəfindən dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsinə, dini ibadətgahların qorunub saxlanılmasına, o cümlədən dini icmaların inkişafına verilən dəstəkdən bəhs edib.

Ramin Məmmədov müntəzəm olaraq ibadət evlərini ziyarət etməsinin əsas məqsədinin məscid, kilsə və sinaqoqların fəaliyyəti ilə daha yaxından tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, həmçinin din xadimlərini dini sahədəki prioritetlər və qarşıda duran vəzifələr barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib.

Daha sonra din xadimlərinin fikirləri və təklifləri dinlənilib. Görüş iştirakçıları Azərbaycan Prezidenti cənab İlham Əliyevin din xadimlərinin sosial müdafiəsinin gücləndirilməsi, dini icmaların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiklərini vurğulayıblar.