Aprel döyüşlərinin altıncı ildönümü münasibətilə silsilə tədbirlər keçirilir
Bölgələrdə Aprel döyüşlərinin altıncı ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
Aprelin 5-də Qubada keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, Quba və Qusar rayonlarında fəaliyyət göstərən din xadimləri, ziyalılar və gənclər iştirak ediblər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha bir tədbir Mingəçevir şəhərində keçirilib. “Aprel döyüşləri - Zəfərimizin başlanğıcı” mövzusunda isə Saatlı rayonunda keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ucarda da Aprel döyüşlərinin növbəti ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşı Nuru Piriyev, şəhid ailələrinin üzvləri, qazilər, din xadimləri və dini icma sədrləri iştirak ediblər. Ağsuda keçirilən tədbirdə isə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Ağsu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə, Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, eləcə də ictimaiyyət nümayəndələri və rayonun fəal gəncləri iştirak ediblər.
Çıxışlardan öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Natiqlər Aprel döyüşlərinin tarixi əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, Aprel döyüşləri, eyni zamanda zəfərimizin başlanğıcı kimi dəyərləndirilməlidir. O da bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib.
Tədbirlər qarşılıqlı müzakirələr və sualların cavablandırılması ilə davam etdirilib.







