Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.04.2022 / Xəbərlər

“Aprel döyüşləri böyük zəfərin müqəddiməsi” mövzusunda tədbir keçirilib

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət  Peşə Təhsil mərkəzində “Aprel döyüşləri böyük zəfərin müqəddiməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Şirvan Süleymanov, Aqil Əlisoy, Xəzər Rayonu İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Aprel döyüşləri qazisi çavuş Ceyhun Ağayev, məktəbin direktoru Pərviz Həmzəyev, Xəzər rayonu Buzovna qəsəbəsi “Cümə” məscidinin imamı Soltan Əlizadə, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşlərində və  Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Əvvəlcə mövzunun əhəmiyyətindən bəhs olunaraq qeyd edilib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərdi, işğal altında olan torpaqlarımızın azad olunmasının başlanğıcını qoydu.  Eyni zamanda 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və Ordumuzun gücü sayəsində torpaqlarımızın işğaldan azad olunmasından bəhs olunub.   Natiqlər öz çıxışlarında Vətən müharibəsinin şanlı hərb tariximizə  qızıl hərflərlə yazıldığını və Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyini xüsusi vurğulayıblar.