Alban-Udi Xristian dini icmasının üzvləri Suqovuşanda və Talış kəndində alban məbədlərini ziyarət ediblər
Azərbaycan Respublikası Alban-Udi Xristian dini icmasının üzvlərinin işğaldan azad olunmuş ərazilərdəki məbəd və kilsələri ziyarəti davam edir. İcma üzvləri 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan Suqovuşan qəsəbəsində və Talış kəndində yerləşən Alban məbədlərini ziyarət ediblər. İcma üzvləri dini ayinlərini yerinə yetirib və dualar oxuyublar.
Qeyd edək ki, ermənilərin 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində yerləşən tarixi-mədəni irsimizi silmək və özününküləşdirmək məqsədi ilə dini məbədlərin xarici görünüşündə müxtəlif dəyişikliklər ediblər.




