Alban-Udi xristian dini icmasının üzvləri Hadruta səfər ediblər
Alban-udi xristian dini icması tərəfindən Zəfər Günü və Bayraq Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Noyabrın 8-də dini icmanın üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edərək qəsəbədə yerləşən alban kilsələrini ziyarət ediblər. Daha bir tədbir isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana kilsəsi və Azərbaycan Udi Ocağının təşkilatçılığı ilə baş tutub.
Hər iki tədbirdə alban udiləri dini ayin icra edərək, şamlar yandırıb və dualar oxuyublar.





