Alban-udi xristian dini icmasının nümayəndələri Xudavəng monastır kompleksini ziyarət ediblər
Avqust ayının 12-də Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi xristian dini icmasının nümayəndələri Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.
Dini icma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, şamlar yandırıblar.





