Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.10.2021 / Xəbərlər

Ağsuda onlayn tədbir keçirilib

Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağsuda Dini ekstremizm və ayrı-seçkilik çağrışlarına qarşı gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinin önəminə həsr olunan onlayn tədbir keçirilib. Tədbirdə DQİDK-nın  Şamaxı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Tural Vahidov, Ağsu rayon Gənclər və İdman İdarəsi və Mərkəzi Kitabxananın nümayəndələri, eləcə də gənclər iştirak ediblər.

Çıxışlar zamanı ekstremist çağırışların din pərdəsi altında milli-mənəvi dəyərlərimizə qarşı yönəlmiş ideoloji vasitə olmasından bəhs edilərək, bizim milli düşüncə sistemimizdə ayrı-seçkilik, bölücülük elementlərinin olmadığı vurğulanıb.