Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2021 / Xəbərlər

Ağsuda “Narkomaniya və onun yaratdığı fəsadlar” mövzusu müzakirə edilib

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Ağsu rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya və onun yaratdığı fəsadlar” mövzusunda onlayn formatda tədbir keçirilib. Seminar-treninqdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Tural Vahidov, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Təhmasib Məhəmmədhüseyn və gənclər iştirak ediblər.

Çıxışlarda narkomaniyanın müasir dünyada başlıca bəşəri bəlalardan biri olmasından bəhs edilib.  Qeyd olunub ki, gənclərin bu cür zərərli və təhlükəli vərdişlərdən uzaq olması sağlam və milli-mənəvi dəyərlərə bağlı vətəndaşlarımızın formalaşması deməkdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.