Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.03.2022 / Xəbərlər

Ağsuda "Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları" mövzusunda tədbir keçirilib

Martın 2-də Ağsu şəhər 2 saylı tam orta məktəbində "Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşı Elman Səfərov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rəşad Osmanov, rayon Təhsil Şöbəsinin əməkdaşı Ruslan Məmmədov, orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı müasir dövrün əsas bəlalarından sayılan narkomaniyanın törətdiyi fəsadlardan bəhs edilib. Vurğulanıb ki, hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, ümumbəşəri bəlaya çevrilib. O da bildirilib ki, narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər neqativ hallar üçün münbit zəmin yaradan mühüm amillərdən biridir.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.