Ağsuda "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib
Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Ağsu rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə Ağsu şəhər 4 saylı tam orta məktəbində "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Gİİ-nin əməkdaşı Seyran Dəmirov, məktəbin direktoru Günay İnayətova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması və inkişafına yönəlmiş fəaliyyətindən bəhs edilib. Qeyd edilib ki, Ulu Öndər böyük qətiyyət və cəsarət, müdriklik və uzaqgörənlik göstərərək respublikamızın iqtisadi və sosial tərəqqisi ilə yanaşı, milli mənliyimizin, ana dilimizin, dinimizin qorunmasına nail olunub.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


