Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.09.2022 / Xəbərlər

Ağsuda “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusu müzakirə edilib

Sentyabrın 14-də Ağsu  şəhər  Mərkəzi Kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi,  Ağsu rayon Gənclər və İdman idarəsi (Gİİ) və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə”  mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Gİİ-nin əməkdaşı Təhmasib Məhəmmədhüseyn, Mədəniyyət Mərkəzinin əməkdaşı Elçin Novruzov  və rayonun gənc fəalları iştirak ediblər.

Tədbirin əvvəlində vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərmizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca mövzu ətrafında çıxış edən tədbir iştirakçıları son zamanlar aktual problemlərdən birinə çevrilən erkən nikahın yaranma səbəblərindən, onun yaratdığı fəsadlardan və qarşısının alınma yollarından söhbət açıblar.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, erkən nikahlara həsr edilmiş film nümayiş etdirilib.