Ağstafada “Dəyişən dünyada dəyərlər, inanc və kimlik” mövzusunda regional konfrans keçiriləcək
Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağstafa rayonunda “Dəyişən dünyada dəyərlər, inanc və kimlik” mövzusunda regional konfrans keçiriləcək.
Tədbirdə Dövlət Komitəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, həmçinin ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı nəzərdə tutulur.
Konfransın məqsədi qloballaşma və rəqəmsallaşma fonunda dəyərlər sistemində baş verən dəyişiklikləri, eləcə də dini inanclar və milli-mədəni kimlik məsələlərini müzakirə etməkdir. Bununla yanaşı, mənəvi dəyərlərin qorunması, dini və mədəni müxtəlifliyə hörmət, dinlər və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində fikir mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində “Fərdi və kollektiv kimliyi formalaşdıran amillər” və “Gənclərlə mənəvi dialoq: müasir yanaşmalar və effektiv ünsiyyət” mövzularında panel müzakirələrin təşkili, həmçinin din xadimləri üçün təlimin keçirilməsi planlaşdırılır.

