Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.12.2021 / Xəbərlər

Ağdaşda “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib

Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyətinin nümayəndəsi İradə Babayeva, Peşə məktəbinin müəllim və tələbələri, habelə rayonun fəal gəncləri iştirak ediblər.

Çıxışılarda qeyd edilib ki, erkən nikah bir sıra hallarda boşanmalara və ailədaxili münaqişələrə səbəb olur. Bildirilib ki, erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkili, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, onlara milli və mənəvi dəyərlərin aşılanması böyük əhəmiyyət kəsb edir. Natiqlər, həmçinin erkən nikahın fəsadlarından və aparılacaq mübarizə üsullarından da bəhs ediblər.