Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.06.2022 / Xəbərlər

Ağdaşda din xadimlərinin iştirakı ilə görüş keçirilib

İyunun 1-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda din xadimləri və dini icma sədirləri ilə görüş keçirilib. Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, bölgə üzrə qazı Əli Məmmədov, din xadimləri və dini icma sədirləri iştirak ediblər.

Natiq Əfəndiyev Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununda edilən dəyişiklikləri din xadimlərinin diqqətinə çatdırıb. Şöbə müdiri İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün elan edilmiş müsahibəyə sənədlərin qəbulu və iştirak təsdiq edilmiş müsahibə proqramı, tələb olunan müvafiq sənədlər barədə din xadimlərinə geniş məlumat verərək bildirib ki,  müsahibə zamanı namizədlərin bilik səviyyəsinin qiymətləndiriləcək və uğur qazanmış şəxslər müvafiq vakant vəzifələrə təyin ediləcəklər. N.Əfəndiyev, həmçinin din xadimlərinin attestasiyasının keçirilməsi istiqamətində Dini etiqad azadlığı haqqında qanunun tələblərini də görüş iştirakçılarının nəzərinə çatdırıb.

Sonda din xadimlərinin fikirləri dinlənilib və onları maraqlandıran suallara cavab verilib.