Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.04.2022 / Xəbərlər

Ağdamda “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusu müzakirə edilib

Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi, Ağdam rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir  keçirilib.
Tədbirdə DQİDK Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Elçin Cəfərov, Ağdam Sosial-İqtisad Kollecinin müəllimləri və mədəniyyət işçiləri iştirak ediblər. 
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, insan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquq və azadlıqlara malikdirlər. İnsan hüquqları 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının, həmçinin 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın başlıca qayəsini təşkil edir.
Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.