Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2021 / Xəbərlər

Ağdamda “Azərbaycanın dövlət müstəqilliyinin bərpası -30: dəyərlərimizin təminatı” mövzusunda onlayn seminar keçirilib

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi, Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyinin bərpası -30: dəyərlərimizin təminatı" mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov,  Ağdam Rayon Heydər Əliyev Mərkəzinin Fond müdiri Elçin Cəfərzadə və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini yenidən bərpa edib. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Vurğulanıb ki, Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi də yenidən bərpa edilib.

O da bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğalçılardan azad etdi və hazırda üçrəngli bayrağımız Şuşada, Ağdamda və digər azad edilmiş ərazilərdə dalğalanmaqdadır.