Ağcabədidə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə olunub
Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, YAP-ın Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, qazilər, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən azad edildi. O da vurğulanıb ki, bu gün respublikamız iqtisadi, siyasi və hərbi gücü ilə regionda aparıcı rola malikdir.



