Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.12.2023 / Xəbərlər

Ağcabədidə üçgünlük konfrans davam edir

Ağcabədidə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusundakı üçgünlük regional konfrans dekabrın 14-də davam edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə DQİDK-nın müvafiq olaraq Dini maarifləndirmə işinin təşkili, Ağcabədi bölgəsi üzrə şöbələrinin müdirləri Sadiq Mirzəyev, Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Mamedov, Ağcabədi şəhəri "Cümə" məscidinin imam müavini Zaur Məmmədov, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı yarandığı gündən etibarən Dövlət Komitəsinin din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərdən bəhs edilib. Bildirilib ki, Prezident  İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Fikir, söz və vicdan azadlığı prinsiplərinin qorunmasına, dini azadlıqların təmin edilməsinə yönəlik siyasət  yürüdən dövlətimiz bu sahə ilə bağlı bütün səyləri dəstəkləyir. Regionlarda keçirilən çoxşaxəli dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan çıxışçılar dini maarifçilik işinin təşkili, radikalizmlə mübarizə, dini duruma kənar təsirlərin aradan qaldırılması, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətinə görülən işlərə diqqət çəkiblər.

Tədbir müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, üçgünlük regional konfrans dekabrın 15-də yekunlaşacaq.