Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.09.2022 / Xəbərlər

Abşeron rayonunda yerləşən N saylı hərbi hissədə Anım Günü ilə bağlı tədbir keçirilib

Sentyabr ayının 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Abşeron rayonunda yerləşən N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Anım Günü  ilə bağlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, ordu korpusunun komandiri, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov, Sumqayıt şəhər Corat qəsəbə məscidinin imamı Sahib Məmmədov, hərbi qulluqçular və şəhid valideynləri iştirak ediblər.

Öncə hərbi hissədə yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi, Şəhidlər xiyabanı ziyarət edilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun rəşadəti, xalq və dövlət birliyi, şəhidlərimizin şanlı döyüş yolundan söhbət açılıb. Qeyd olunub ki, şəhidlərimizin ölməz ruhları daim ehtiramla yad ediləcək. Qazilərimizin, müharibə iştirakçılarımızın fədakarlığının unudulmayacağı da diqqətə çatdırılıb.