Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.11.2021 / Xəbərlər

8 Noyabr - Zəfər Günü ilə əlaqədar bölgələrdə tədbirlər keçirilib

8 Noyabr - Zəfər Günü ilə əlaqədar bölgələrdə silsilə tədbirlər keçirilib, şəhidlərimizin xatirəsi ehtiramla anılıb. Vurğulanıb ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edillir. Çıxışlarda otuz ilə yaxın bir dövrdə düşmən işğalı altında qalan torpaqlarımızın azad olunduğu, böyük Qələbəni xalqımıza Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun bəxş etdiyi vurğulanıb.

Qeyd edək ki, Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri, şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Baş konsulu Nikolos İaşvili, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəki Şəhidlər xiyabanı, eləcə də şəhər mərkəzi “Cümə” məscidində təşkil olunmuş tədbirlədə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin Şəki - Oğuz bölgə qazılığının nümayəndələri, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.