Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yeni Tv-nin qonağı olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı Yeni Tv-nin qonağı olub.
Dövlət Komitəsinin sədri Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi qələbələrdən, torpaqlarımızın erməni işğalından azad edilməsindən, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən, eləcə də qardaş Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki ədalətli mövqeyindən bəhs edib.