Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzTV-nin "Günün nəbzi" verilişinin qonağı olub
“Bu gün Azərbaycanda dövlət-din münasibətləri bütövlükdə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi konsepsiya əsasında davam etdirilir.” Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Televiziyasının "Günün nəbzi" verilişində səsləndirib.
“Biz dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşımızda vəzifələr dayandı. Bunlardan da biri milli-mənəvi dəyərlərimiz və dövlət-din münasibətləri ilə əlaqədar siyasətin konkretləşdirilməsi idi. Bu da Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında təsbit olunub. Ölkə Konstitusiyasına görə Azərbaycanda vicdan azadlığı təmin edilib və dini etiqad azadlığı haqqında qanun qəbul edilib. Bu gün dövlət-din münasibətləri həm Konstitusiyada qəbul olunmuş normalarla, həm də qəbul olunmuş normalara əsasən həyata keçirilir.Ulu Öndərimizin müəyyən etdiyi bu siyasi xətt bütün sahələrdə olduğu kimi dövlət-din siyasətində də Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Biz də Dövlət Komitəsi olaraq bütün istiqamətlərdə dövlət-din siyasətinin müəyyən olunmuş çərçivədə həyata keçirilməsinə demək olar ki, öz töhfəmizi verməkdəyik.”
www.youtube.com/watch
www.youtube.com/watch