DQİDK yanında İctimai Şuranın üzvləri ilə MDTF-nin icraçı direktorunun görüşü keçirilib
İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın üzvləri ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılovun görüşü baş tutub.
İcraçı direktor mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən Fondun yaranması, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələri və hesabatlılığı haqqında geniş məlumat verib, Şura üzvlərinin təkliflərini dinləyib.
Şura üzvləri, öz növbəsində, MDTF-nin ökədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı sahəsində həyata keçirdiyi tədbirləri, o cümlədən şəhid ailələrinin sosial müdafiəsi istiqamətində atılan addımları yüksək qiymətləndirdiklərini vurğulayaraq Fonda gələcək fəaliyyətində uğurlar arzulayıblar.

