Zərdabda vəhdət namazı qılınıb
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin iştirakı ilə Zərdab şəhər "Cümə" məscidində vəhdət namazı qılınıb.
Bununla bağlı keçirilən tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsinə ucadılmış abidə ziyarət olunub. Şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanlarının xatirəsi yad edilib və ruhlarına dualar oxunub.

