Zərdabda “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” adlı tədbir keçirilib
Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” adlı tədbir keçirilib.
Zərdab şəhər “Cümə” məscidində baş tutan tədbirdə DQİDK-nin Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon İcra Hakimiyyətinin əməkdaşı Murad Həsənov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbirin əvvəlində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlar zamanı vurğulanıb ki, suverenliyin qorunmasında dini-mənəvi həmrəylik millətin birliyini möhkəmləndirir, xarici təsirlərə qarşı davamlılığı artırır, ölkədə sabitliyin təmin olunmasına və milli kimliyin qorunmasına mühüm töhfə verir. Bu isə dövlətin müdafiəsi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.