Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.10.2022 / Bölgə xəbərləri

Zərdabda “Şəhidlik-vətənpərvərliyin ən ali məqamıdır” mövzusunda tədbir keçirilib

Oktyabrın 11-də Zərdab rayonu Heydər Əliyev Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar  bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi Turan Muradovun xatirəsinə həsr olunmuş “Şəhidlik-vətənpərvərliyin ən ali məqamıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin müdiri Könül Kərimova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, şəhid ailəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda şəhid Tural Murdovun keçdiyi döyüş yolundan, eləcə də şücaətindən bəhs olunub. O da vurğulanıb ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır.

Daha sonra Zərdab şəhər 1 saylı məktəb-liseyinin tərbiyə işləri üzrə direktor müavini Səliqə İsmayılovanın şəhid Turan Muradovun əziz xatirəsinə həsr etdiyi “Yaddaşlara yazılan ömür” avtobioqrafik kitabı şəhid anası Nüşabə Muradova və tədbir iştirakçılarına təqdim edilib.