Zərdabda “Ramazan-sülh, yardımlaşma və həmrəylik ayı” adlı tədbir keçirilib
Martın 12-da Dini Qurumlarala İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Ramazan-sülh, yardımlaşma və həmrəylik ayı” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Ramazan bayramı dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzidir. Vurğulanıb ki, İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir.
Tədbir müzakirələrlə davam etdirilib.
