Zərdabda maarifləndirmə tədbiri keçirilib
Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Gənclər və İdman İdarəsi, Gənclər evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə milli-mənəvi dəyərlərin təbliği mövzusuna həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Gənclər və İdman İdarəsinin əməkdaşı Bahar Qurbanova, Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Ülfət Sərkərzadə, gənclər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda maarifləndirmə işinin əhəmiyyətindən bəhs olunub, eyni zamanda ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və geniş təbliğ olunmasından danışılıb.
Sonda diskussiya təşkil olunub, fikir mübadiləsi aparılıb.

