Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.02.2024 / Bölgə xəbərləri

Zərdabda “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Gəlmə kəndində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, rayon İcra Hakimiyyəti, rayon Polis Şöbəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı  qeyd edilib ki,  bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də erkən nikahın  doğurduğu fəsadlar və cəmiyyətə vurduğu ziyan mühüm və aktual problemlərdən biri olaraq qalır. Erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkili, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.