Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.07.2025 / Bölgə xəbərləri

Zərdabda “Dinin hüquqi normalarla uyğunluğu: etiqad azadlığı və məsuliyyət” mövzusunda tədbir təşkil olunub

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dinin hüquqi normalarla uyğunluğu: etiqad azadlığı və məsuliyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Zərdab rayon MKS-də təşkil olunan tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, MKS-in direktoru Nailə Əliyeva, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və bu sahənin dövlətin daim diqqət mərkəzində olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühiti, dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlər bu gün də qorunub saxlanılır. Həmçinin qeyd olunub ki, dövlət-din münasibətləri zəngin milli və tarixi ənənələrə əsaslanmaqla yanaşı, beynəlxalq hüquqi normalarla da tənzimlənir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.