Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.08.2025 / Bölgə xəbərləri

Zərdabda “Dini radikalizmə qarşı konstitusional mexanizmlər” mövzusunda tədbir keçirilib

Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı konstitusional mexanizmlər” mövzusunda tədbir keçirilib.
Zərdab şəhər “Cümə” məscidində keçirilən tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev,  RİH başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda dini radikalizmə qarşı mübarizədə hüquqi və konstitusion mexanizmlərin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Mövcud qanunvericiliyin dini sabitliyin qorunmasında mühüm rol oynadığı qeyd olunub. Eyni zamanda, din xadimləri arasında maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlığın əhəmiyyəti xüsusi olaraq qeyd edilib.