Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.09.2023 / Bölgə xəbərləri

Zərdabda “Dini radikalizm, terrorizm və ekstremizm” mövzusunda tədbir keçirilib

Sentyabrın 13-də Zərdab rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatşılığı ilə “Dini radikalizm, terrorizm və ekstremizm” mövzusunda tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, din xadimləri, dini icma sədrləri, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda dini radikalizm, ekstremizm və terrorizm məfhumlarının mahiyyətindən bəhs edilib. Dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında dini maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Müasir zamanda terrorçuluğun və dini ekstremizmin əsas hədəflərinin ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, suveren dövlətlərin ərazilərini qəsb etməyə yönəldiyi, bunun qarşısının alınması üçün din xadimlərinin və dindarların üzərinə də böyük məsuliyyətin düşdüyü bildirilib.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə" sənədli filmi nümayiş olunub.