Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.09.2023 / Bölgə xəbərləri

Zaqatalada yerləşən N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin imzaladığı birgə Tədbirlər Planı çərçivəsində DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala şəhər məscidinin imamı,dini icma sədri Rəşad İbrahimov, hərbi hissənin əməkdaşı Fariz Məmmədov və şəxsi heyət iştirak edib.

Çıxışlar zamanı mövzunun əhəmiyyəti qeyd edilib. Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində zəngin mənəvi dəyərlər sisteminin böyük rol oynadığı bildirilib. Vuğulanıb ki, ölkəmizdə gənclərə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində mühüm işlər görülür.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb,  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.