Zaqatalada “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq!” mövzusu müzakirə olunub
Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Elman Osmanov adına Zəyəm kənd tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda dini radikalizmin mahiyyəti, dini ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda böyüdülməsi olduqca vacibdir.
Tədbir müzakirələrlə davam etdirilib.

