Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.03.2024 / Bölgə xəbərləri

Zaqatalada “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq!” mövzusu müzakirə olunub

Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Muxax kənd 1 saylı tam orta məktəbində “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq!” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini radikalizmdən və onun fəsadlarından ətraflı danışılıb. Vurğulanıb ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizm təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri ümdə vəzifələrdəndir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.