Zaqatalada “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub
Aprelin 9-da Zaqatala rayonu Abdurahman Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbində “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Aydın Camalov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı tarixin ən qədim dövrlərindən günümüzə gəlib çatmış, bu uzun və keşməkeşli dövrdə saysız çətinliklərlə üzləşmiş, lakin günümüzdə də öz aktuallığını itirməmiş olan milli və mənəvi dəyərlərimizdən geniş söhbət açılıb. Qloballaşan dünyada öz dəsti xətti ilə seçilən Azərbaycan xalqının soy köklərinə bağlı qalması və bu siyasətin həyata keçirilməsində cənab Prezident İlham Əliyevin müstəsna xidmətlərinin olması dönə-dönə vurğulanıb. Azərbaycanın öz müstəqilliyini əldə etdiyi ilk illərdən başlayaraq Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq bu gün ölkəmizdə müxtəlif adət və ənənələrə malik olan xalqların dostluq və mehribanlıq şəraitində bir yerdə yaşamasının önəmi qeyd edilib.