Zaqatalada “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Akif Bubuşov adına Muxax kənd 1 nömrəli tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində işlərin görülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib. Vurğulanıb ki, respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir.
Tədbir müzakirələrlə davam etdirilib.

