Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2025 / Bölgə xəbərləri

Zaqatalada “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda tədbir keçirilib

Oktyabrın 21-də Zaqatala rayonu Ramiz Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbində “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Rayon Polis Şöbəsinin əməkdaşı Sənan Tanrıverdiyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, radikal dini cərəyanların əsas məqsədi cəmiyyətdə parçalanma yaratmaq və gəncləri mənəvi dəyərlərdən uzaqlaşdırmaqdır. Natiqlər gənclərin belə təsirlərdən qorunması üçün sağlam dini biliklərin önəmini vurğulayıblar. Bildirilib ki, ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti gənclərin zərərli ideologiyalardan uzaq yetişməsində mühüm rol oynayır.