Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.06.2023 / Bölgə xəbərləri

Zaqatalada “Qurban bayramı öncəsi qarşıda duran vəzifələr”ə dair müzakirələr aparılıb

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala RİH və Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala rayon Qazılığının birgə təşkilatçılığı ilə Zaqatala İslam Kollecində  “Qurban bayramı öncəsi qarşıda duran vəzifələr”ə dair tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Zaqatala RİH BA-nın İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, rayonun dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Tədbirdə Qurban bayramının əhəmiyyətindən bəhs olunub, bayrama xalqımız tərəfindən böyük əhəmiyyət verilməsindən danışılıb, həmçinin bayram namazının QMİ-nin təqviminə uyğun qılınmasının vacibliyi qeyd edilib.

Eyni zamanda, dini radikalizm və xurafatla mübarizə aparılması, mənəvi dəyərlərimizin fəal şəkildə təbliği, dini maarifləndirmə işinin düzgün təşkil edilməsi, habelə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı din xadimlərinə və dini icma sədrlərinə tövsiyələr verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.