Zaqatalada “Məzhəb təəsübkeşliyi İslam həmrəyliyinə təhdiddir” mövzusunda tədbir keçirilib
Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rayon Qazılığının birgə təşkilatçılığı ilə Axaxdərə kənd məscidində “Məzhəb təəsübkeşliyi İslam həmrəyliyinə təhdiddir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda digər sahələrdə olduğu kimi dini sahədə də sabitlik və əmin-amanlıq hökm sürür. İslam həmrəyliyi, milli-mənəvi dəyərlərin təbliği və dini radikalizmə qarşı mübarizə məqsədi daşıyan bu tədbirlərin gənclərin maarifləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Tədbir müzakirələrlə davam etdirilib.